Beynəlxalq Valyuta Fondu - Ortamüddətli perspektivdə Avropa ölkələri arasında ən yüksək iqtisadi artıma Gürcüstan malik olacaq
Beynəlxalq Valyuta Fondu - Ortamüddətli perspektivdə Avropa ölkələri arasında ən yüksək iqtisadi artıma Gürcüstan malik olacaq

 
Beynəlxalq Valyuta Fondunun son proqnozuna əsasən, ortamüddətli perspektivdə Avropa ölkələri arasında ən yüksək iqtisadi artıma Gürcüstan malik olacaq. Fondun qiymətləndirməsinə görə, 2024-cü ildə Gürcüstanın iqtisadi artımı 5,7%, 2025-ci ildə isə artım tempi 5,1% təşkil edəcək.

Beynəlxalq Valyuta Fondunun hesabatı alıcılıq qabiliyyəti paritetinə istinadən adambaşına düşən ÜDM-ə də şamil edilir. Bu göstəriciyə əsasən, Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd beş ölkəni üstələyir və sonrakı illərdə də nisbətən yüksək göstəricini qoruyacaq.

Alıcılıq qabiliyyəti paritetinə istinadən, 2023-cü ildə Gürcüstanın adambaşına düşən ÜDM-i Avropa İttifaqının analoji göstəricisinin 41%-ni təşkil edib, 2029-cu ilə qədər isə 51%-i keçəcək. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqına namizəd ölkə Şimali Makedoniyada analoji göstərici 2029-cu ildə 42%, Moldovada isə 39% olacaq.