Beynəlxalq Valyuta Fondu – Dünya iqtisadi artımı 2026-cı ildə 3%-ə çatacaq

21:27, 10.09.2026

Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına görə, dünya iqtisadi artım 2026-cı ildə 3%-ə çatacaq.

Beynəlxalq Valyuta Fondunun sözçüsü Culi Kozakın bildirdiyinə görə, qlobal iqtisadiyyat Yaxın Şərqdəki müharibənin səbəb olduğu enerji şokunu az-çox geridə qoyub. Onun sözlərinə görə, qlobal iqtisadi artımın 2026-cı ildə təxminən 3% təşkil edəcəyi gözlənilir, lakin vəziyyətin pisləşməsi riskləri hələ də yüksək olaraq qalır.

Bununla yanaşı, Kozakın bildirdiyinə görə, 2026-cı ildə qlobal borcun həcmi də artacaq, inflyasiya isə dünyada bu il də yüksək olaraq qalacaq.

Ayrı-ayrı ölkələrə gəldikdə isə, BVF-nin proqnozuna görə, 2026-cı ilin sonunadək ABŞ-ın iqtisadi artım göstəricisi 2.3%, Avropada – 0.9%, Yaponiyada – 0.6%, Kanadada – 1.1%, Çində – 4.5%, Rusiyada isə – 1.1% təşkil edəcək.

Bununla yanaşı, BVF-nin məlumatına görə, 2027-ci ildə qlobal iqtisadi artımın 3.4%-ə qədər yüksələcəyi gözlənilir.

Oxşar