Beynəlxalq turizm sərgisində Gürcüstan ev sahibi ölkə statusu ilə çıxış edəcək
Beynəlxalq turizm sərgisində Gürcüstan ev sahibi ölkə statusu ilə çıxış edəcək

 

Gürcüstan “ITB Berlin 2023” beynəlxalq turizm sərgisində ev sahibi ölkə statusu ilə çıxış edəcək.

Milli Turizm Administrasiyasından qeyd olunduğu üzrə Gürcüstanın 2023-cü ildə keçiriləcək “ITB Berlin” beynəlxalq turizm sərgisində ev sahibi ölkə statusu ilə iştirakı ölkənin turizm məkanını bütün dünyaya təqdim etmək üçün gözəl fürsətdir.

Ev sahibi ölkə statusu ilə Gürcüstan sərginin 200 000 ziyarətçisinə, o cümlədən 100 000 biznes ziyarətçiyə və sərginin milyonlarla televiziya tamaşaçısına turizm məhsullarını təqdim etmək imkanına malikdir.

Gürcüstan onlayn, televiziya, radio və çap mediasını əhatə edən beynəlxalq media kampaniyalarına qoşulacaq.

“ITB Berlin” 1966-cı ildən dünyanın aparıcı turizm sərgisidir.

Milli Turizm Administrasiyasının məlumatında kovid pandemiyasından əvvəl sərgidə hər il 181 ölkədən 10 mindən çox şirkət təmsil olunduğu deyilir. Beynəlxalq turizm sərgisini 160 mindən çox ziyarətçi, o cümlədən 113,5 min biznes ziyarətçi ziyarət edirdi.

“Milli Turizm Administrasiyası bu il aktiv marketinq kampaniyaları keçirib. Yüksək xərcləmə qabiliyyəti olan turist axınını cəlb etmək üçün Milli Turizm Administrasiyası dünyanın ən nüfuzlu media platformalarından biri olan “Bloomberg”dən istifadə etməklə genişmiqyaslı kampaniya həyata keçirib. Layihə çərçivəsində Gürcüstanın turizm potensialı ilə bağlı iki videoçarx və üç məqalə hazırlanaraq Bloomberg-in saytında və sosial şəbəkələrdə yerləşdirilib. (Facebook, Twitter, Instagram).

Kampaniya çərçivəsində Gürcüstan haqqında reklam çarxları və məqalələr ilə Böyük Britaniya, İtaliya, Fransa, İspaniya, Almaniya, Polşa, Estoniya, Litva, Latviya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər, Oman və İsraildə altı milyondan çox internet istifadəçisi tanış olub.

“Bloomberg” ilə əməkdaşlığa paralel olaraq Baltikyanı və Fars körfəzi ölkələrində Milli Turizm Administrasiyasının aktiv marketinq kampaniyası keçirilib, bu ölkələrdə sosial şəbəkələr, rəqəmsal və çap mediası, televiziya və radio, xarici bannerlər və influenserlər vasitəsilə Gürcüstanın turizm potensialı ilə tanış olublar.

Milli Turizm Administrasiyasının kampaniyası çərçivəsində aşağı büdcəli alman “Eurowings” aviaşirkətinin sərnişinləri təyyarə jurnalında Gürcüstanın turizm istiqaməti ilə tanış olublar.

Marketinq kampaniyasına paralel olaraq Milli Turizm Administrasiyası bu il dünyanın 12 ən böyük beynəlxalq turizm sərgisində iştirak edib. Gürcüstanın turizm məhsulları ilə Dubay, Təl-Əvviv, London, Varşava, Birminqem, Brno, Tamper, Paris, Madrid, Barselona və Berlində keçirilən iki sərgidə tanış olublar”-deyə məlumatda deyilir.