Beynəlxalq tələbə şəbəkəsi "UNiDAYS"in tədqiqatına görə, 2024-cü ilin tətil zamanı tələbələrin səyahət edəcəyi ən cəlbedici şəhər Tbilisidir
Beynəlxalq tələbə şəbəkəsi "UNiDAYS"in tədqiqatına görə, 2024-cü ilin tətil zamanı tələbələrin səyahət edəcəyi ən cəlbedici şəhər Tbilisidir

Dünyanın ən böyük tələbə şəbəkəsi olan “UNiDAYS”in tədqiqatına görə, Gürcüstanın paytaxtı beynəlxalq tələbələr üçün ən cəlbedici turizm məkanı olaraq seçildi. Tədqiqata əsasən, Tbilisi 2024-cü ilin tətillərində tələbələrin səyahət edəcəyi ən cəlbedici təyinat yeridir.

Milli Turizm Administrasiyası rəhbərinin birinci müavini Tamar Ğoriaulinin qiymətləndirməsinə görə, sevindirici haldır ki, müxtəlif beynəlxalq media və platformalar tərəfindən dəfələrlə cəlbedici turizm istiqaməti kimi qeyd olunan Tbilisi beynəlxalq tələbələr arasında çox populyarlaşır.

“Biz ölkəyə daha çox turist cəlb etmək üçün gələcəkdə marketinq kampaniyalarını və müxtəlif fəaliyyətləri davam etdirmək niyyətindəyik”, – deyə Tamar Ğoriauli qeyd etdi.

Tbilisinin birinci yeri tuttuğu “UNiDAYS”in 2024-cü ilin tələbələrin səyahət ndeksi yerləşdirmə qiymətləri, turistik yerlər, qrup fəaliyyətləri, təhlükəsizlik reytinqi, yeməklərin orta qiyməti və s. kimi amilləri nəzərdə tutur.

Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.