Beynəlxalq reytinq agentliyi Moody's Gürcüstanın suveren kredit reytinqinin proqnozunu neqativdən stabilə qədər yaxşılaşdırıb
Beynəlxalq reytinq agentliyi Moody’s Gürcüstanın suveren kredit reytinqinin proqnozunu neqativdən stabilə qədər yaxşılaşdırıb və reytinqi Ba2 səviyyəsində təsdiqləyib.
Gürcüstanın Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, proqnozun yaxşılaşmasının əsas səbəbi Gürcüstanın geosiyasi risklərə həssaslığının daha aşağı səviyyədə qiymətləndirilməsidir.
“Reytinqin güclü tərəfləri yüksək iqtisadi artım, iqtisadiyyatın şoklara qarşı dayanıqlılığı, güclü institusional baza, fiskal stabillik və inflyasiyanın azalmasıdır”.
Agentliyin qiymətləndirməsinə görə, 2024-cü ildə Gürcüstanın iqtisadi artımı 5,5 faiz səviyyəsində gözlənilir. Agentliyin gözləntilərinə görə, borcun aşağı səviyyədə saxlanmasını və azalma tendensiyasını təmin etmək üçün fiskal stabillik gələcəkdə də möhkəm şəkildə qorunub saxlanacaq.
“Son illərdə cari əməliyyatlar hesabının kəsirinin azalması tendensiyası müsbət qiymətləndirilmiş və bunun müvəqqəti deyil, bir tərəfdən yüksək fiskal intizamın, digər tərəfdən isə həyata keçirilən islahatların nəticəsi olan struktur təkmilləşməsi hesab olunur”, – bu barədə Gürcüstan Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.