Beynəlxalq İdman, Turizm və Gənclər Fondu ilə Gürcüstan Su İdmanı Federasiyası arasında memorandum imzalandı
10 fevralda Beynəlxalq İdman, Turizm və Gənclər Fondu ilə Gürcüstan Su İdmanı Federasiyası arasında memorandum imzalandı. Fond tərəfindən fondun prezidenti, Tariel Xeçikaşvili, Ferderasiya tərəfində isə, prezidenti Aleksandre Nikoleişvili imzaladılar.
Memorandum çərçivəsində yaxın vaxtlarda fond və federasiya birgə su polosu turniri keçirəcək. Turnir “Rustavi Arena” idman kompleksində keçiriləcək. Turnirdə Batumi, Kutaisi, Tbilisi və Rustavi komandaları iştirak edəcəklər.
Beynəlxalq İdman, Turizm və Gənclər Fondu bütün il ərzində bənzər turnirləri idmanın müxtəlif növlərində planlaşdırır.