Beynəlxalq ekspertlər Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmalara başlayıb

17:36, 29.12.2024

Beynəlxalq ekspertlər Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Azərbaycan mətbuatı məlumat yayıb.

Bu gün Aviasiya İnsidentlərinin Öyrənilməsi üzrə Komissiyanın 17 beynəlxalq ekspertin iştirakı ilə iclası keçirilib və tədbirlər planı hazırlanıb.

Yerli mətbuatın məlumatına görə, komissiya yaxın vaxtlarda qəza yerinə baş çəkəcək.

Komissiyanın məqsədi qəzanın səbəblərini müəyyən etmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tövsiyələr hazırlamaqdır.
Qeyd edək ki, komissiyaya Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir.

Oxşar