Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Karim Xan İsrailin Baş naziri və "HƏMAS"ın liderlərinin saxlanılması ilə bağlı order verilməsini tələb edir
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Karim Xan İsrailin Baş naziri və "HƏMAS"ın liderlərinin saxlanılması ilə bağlı order verilməsini tələb edir

 
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Karim Xan İsrailin Baş naziri və “HƏMAS”ın liderlərinin saxlanılması ilə bağlı order verilməsini tələb edir.

“BBC”nin yazdığı kimi, o, İsrailin Baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qalant, eləcə də “HƏMAS”ın üç liderinin saxlanılması ilə bağlı order verilməsi tələbi ilə Haaqa Məhkəməsinin Məhkəməyə qədərki Palatasına artıq müraciət edib.

Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun yaydığı sənəddə qeyd olunub ki, prokurorluğun onların 2023-cü ilin oktyabrın 8-dən sonra Qəzza sektorunda törədilmiş hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıdığını ehtimal etməsi üçün məntiqi əsasları var.

Haaqa Prokurorluğu “HƏMAS” liderləri arasında “HƏMAS”ın Qəzza sektoru üzrə rəhbəri Yəhya Sinvar, qruplaşmanın hərbi qanadının rəhbəri Muhamed Əl-Diefi və “HƏMAS”ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyenin saxlanılması ilə bağlı order verilməsini tələb edir.