Beynəlxalq aviaşirkətlərin bir hissəsi İran yerinə, Gürcüstan hava məkanından istifadə etməyə başladı
Beynəlxalq aviaşirkətlərin bir hissəsi İran yerinə, Gürcüstan hava məkanından istifadə etməyə başladı

Yayılan məlumata görə, beynəlxalq aviaşirkətlərin bir hissəsi, Yaxın Şərqdə baş verən hadisələrə görə, İran yerinə, Gürcüstan hava məkanından istifadə etməyə başladı.

“Azərbaycan və Türkmənistandan keçən dəhliz yanvarın 9-da, səhər saatlarında hər zamankindən daha dolu idi, çünki, bir çox aviaşirkət İraq və İran hava yollarından artıq istifadə etmək istəmir” – deyilir Flightradar24 portalında yayılan məlumatda.

Xəritədə görünür ki, təyyarələr Avropa İstiqamətinə uçarkən, Gürcüstan hava yollarından fəal şəkildə istifadə edirlər.

Yaxın Şərqdə vəziyyətin eskalyasiyasına görə, İraq və İran hava yollarından istifadədən müvəqqəti olaraq, imtina edən aviaşirkətlər arasında Lufthansa, Air France, Singapore AirlinesQantas Airways var.

Bununla yanaşı, Tehranda baş verən və 176 nəfərin ölümünə səbəb olan aviaqəzanın səbəbləri bu vaxta qədər naməlumdur.

Həmçinin, Ukraynanın Dövlət Aviasiya Xidməti Ukrayna aviaşirkətlərinə İraq və İran hava yollarından istifadəyi qadağan etdi. Bu qadağan yanvarın 9-dan qüvvəyə mindi və bütün aviaşirkətlərə aiddir.