Beynəlxalq audit İctimai Yayımçının 2023-cü il üzrə maliyyə hesabatları haqda müsbət rəy hazırlayıb
Beynəlxalq audit şirkəti MMC “Moore abc” İctimai Yayımçının maliyyə hesabatları haqda müsbət rəy hazırlayıb.
Proses maliyyə hesabatlarının, dövlət satınalmalarının və vergi hesabatlarının auditini əhatə edirdi. Audit şirkəti bütün bu istiqamətlər üzrə müsbət rəy hazırlayıb, heç bir istiqamətdə pozuntu və ya qanunvericiliklə uyğunsuzluq aşkar edilməyib.
“İctimai Yayımçı hər ilin sonunda beynəlxalq auditdən keçir, bu da təşkilatımızın şəffaflığının və hesabatlılığının mühüm tərkib hissəsidir. Builki audit olduqca vacib idi, çünki təşkilat əsas fəaliyyətindən əlavə yeni bina tikib və fasiləsiz yayımçılığı qoruyub saxlamaqla yeni ünvana köçməyə başlayır və bu da özlüyündə çətin və mürəkkəb prosesdir. Müvafiq olaraq, bu dövrdə beynəlxalq auditin qeyd-şərtsiz müsbət rəyi yayımçının qeyd olunan prosesdən uğurla keçməsi mənasına gəlir”- deyə Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili açıqlayıb.
Qanunvericiliyə əsasən, İctimai Yayımçının audit hesabatı parlamentə göndərilir və qanunverici orqan bu hesabatı yayımçının fəaliyyət hesabatı ilə birlikdə müzakirə edir.
İctimai Yayımçı hər il qəyyumlar şurası tərəfindən seçilən və beynəlxalq səviyyədə tanınmış audit şirkəti tərəfindən yoxlanılır.