Beynəlxalq Atom Enerjisi Agentliyi İranı zənginləşdirilmiş uranın qalan ehtiyatları barədə məlumat təqdim etməyə məcbur edən qətnamə qəbul ediba
Beynəlxalq Atom Enerjisi Agentliyinin 35 üzvdən ibarət İdarə Şurası ABŞ tərəfindən dəstəklənən qətnaməni qəbul edib. Qətnamə İranı zənginləşdirilmiş uranın qalan ehtiyatları barədə məlumat təqdim etməyə məcbur edir. Bu barədə “Reuters” məlumat yayıb.
Medianın məlumatına görə, qətnaməyə əsasən İran özündə olan zənginləşdirilmiş uranın qalan ehtiyatları barədə məlumat verməli və inspektorların həmin ehtiyatları yoxlamasına imkan yaratmalıdır.
Eyni məlumata görə, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən təqdim edilən qətnaməni 21 ölkə dəstəkləyib, 3 ölkə əleyhinə səs verib, 10 ölkə isə bitərəf qalıb.
Diplomatların qapalı iclasda bildirdiyinə görə, qətnaməyə qarşı çıxan ölkələr Rusiya, Çin və Nigeriya olub. Həmçinin qeyd edilib ki, Venesuelaya səsvermədə iştirak etməyə icazə verilməyib.