“Bəyaz səs-küy hərəkatı” saat 15:00-da parlament qarşısında aksiya keçirəcək
“Bəyaz səs-küy hərəkatının” məlumatına görə, bu gün 15:00-da parlament qarşısında aksiya keçiriləcək.
Bu barədə məlumatı “Bəyaz səs-küy hərəkatı” feysbukda yayır.
“Təslim olmağı planlaşdırmırıq, dövlət bizə müharibə bəyan etdi və biz azadlığımız uğrunda mübarizəni davam etdirəcəyik”, – bəyanatda deyilir.
Bununla yanaşı, “Bəyaz səs-küy hərəkatının” lideri, Beka Tsikarişvili bu səhər bəyan etdi ki, onların aksiyasının saat 15:00-da, Rustaveli prospektində, parlament önündə, daha keçirilməməsi mümkündür.
Tsikarişvilinin jurnalistlərlə söhbəti zamanı qeyd etdiyinə görə, eskalasiyanı başdan rədd etmək üçün, Parlament önündə aksiyanı dayandırırlar və fəaliyyət planı barəsində ictimaiyyətə az sonra sosoial şəbəkə vasitəsi ilə bildirəcəklər.
“Bəyaz səs-küy hərəkatının” nümayəndələrinin bir hissəsi gecə çadırda qaldı. Polis qeyd olunan çadırları bu gün yığışdırdı.
Bu gün səhər bir neçə şəxs arasında Parlament önündə qarşıdurma baş verdi. Polis, ictimai asayişin pozulmasına görə üç nəfəri yaxaladı.
Aksiya iştirakçıları gecə klublarında keçirilən xüsusi əməliyyatlara etiraz edirlər.