Besik Donadze - 2 oktyabrda referendumdur, bu azadlıq üçün mübarizədir, "Avropa Gürcüstanı" isə, bu mübarizədə ən etibarlı partnyordur
2 oktyabrda referendumdur, Gürcüstanın inkişafı taleyi həll olunur, bu azadlıq uğrunda mübarizədir, “Avropa Gürcüstanı” isə, bu mübarizədə ən etibarlı partnyordur, – bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü, Besik Donadze Gürcüstanın Birinci Kanalının efirində, 10 partiya arasında debatları zamanı bəyan etdi.
Donadzenin qeyd etdiyinə görə, 2 oktyabrda vətəndaşlar seçkilərə maksimal olaraq gəlməlidilər və müxalifətə səs verməlidilər.
“2 oktyabrda vətəndaşları seçkilərə maksimal olaraq gəlmələrinə, müxalifətə, bu təqdirdə “Avropa Gürcüstanı” partiyasına səs verməyə çağırıram ki, bu hakimiyyətə son qoyaq və 2 oktyabrda ikman verək ki, Gürcüstan inkişaf etsin, vətəndaşlar inkişaf etmiş, azad və demokratik Gürcüstanda yaşasınlar”, – Donadze bəyan etdi.
Gürcüstanın Birinci Kanalında bu gün təkmilləşdirilmiş seçki subyektlərinin nümayəndələrinin iştirakı ilə debatlar keçirilir. Burada on partiya iştirak edir – “Üçüncü Qüvvə”, “Avropa Gürcüstanı – Azadlıq üçün Hərəkat”, “Vahid Milli Hərəkat”, “Avropa Demokratları”, “Aleko Elisaşvili – Vətəndaşlar”, “David Tarxan -Mouravi, İrma İnaşvili – Gürcüstan Vətənpərvərlər Aliyansı”, “Lelo” , “Şalva Natelaşvili – Gürcüstan Leyboristlər Partiyası”, “Qirçi”, “Gürcü Arzusu – Demokratik Gürcüstan”. 21 sentyabrda isə, debatlar qeydiyyatdan keçmiş bütün Tbilisi merliyinə namizədlər arasında keçiriləcək.