Bəşər Əsəd deyir ki, İranın raket hücumu İsrail üçün dərs olub
İranın raket hücumu İsrail üçün dərs oldu. – Bunu Suriya prezidenti Bəşər Əsəd İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü zamanı bildirib.
İranın xarici işlər naziri bu gün Dəməşqə gəlib və orada Suriya prezidenti ilə görüşüb.
Əraqçi ilə görüşdə Bəşər Əsəd İranın bu həftə İsrailə ikinci raket hücumunun onlar üçün “dərs” olduğunu bildirib.
Xatırladaq ki, cari həftə ərzində İran İsrail istiqamətində 200-ə yaxın raket atıb. Hərbi obyektlərlə yanaşı, mülki infrastrukturun bir hissəsi də kütləvi hücumların hədəfinə çevrilib.