Beş illik müzakirədən sonra məhkəmə Buta Robakidzenin qətl işi ilə bağlı qərar verdi
Daxili İşlər Nazirliyinin beş sabiq yüksək rütbəlisinin suçu təsdiqləndi.
Beş illik müzakirədən sonra Buta Robakidzenin qətl işi ilə bağlı hakim qərar verdi.
Quram Donadze, Zura Mikadze və Davit İaşvili məhkəmə zalından həbs edildilər.
Həbs edilənlər arasında kriminal polisin sabiq rəhbəri Zaza Bakradze də var, hansı ki, Gürcüstana qayıdıb, bir neçə illik susqunluğunu pozub cinayəti etiraf etdi.
Məhkəmə prokurorluğun versiyasını qəbul etdi, hansına əsasən, 2004-cü ilin noyabrın 24-də, patrul polisi tərəfindən atılan güllə ilə öldürülən Buta Robakidzenin maşınına hüquqmühafizəçilər odlu silah yerləşdirdilər və faktın gizlənilməsi üçün dəlilləri dəyişdirdilər.
Hakim tərəfindən həbs qərarının verilməsindən sonra məhkəmə zalında qarşıdurma baş verdi.