Bermud Ali Məhkəməsi Credit Suisse-nin törəmə şirkətinin üzərinə 42 gün ərzində 607,35 milyon dollar ödəmək öhdəliyi qoyub
Bermud Ali Məhkəməsinin son qərarı ilə, Credit Suisse-nin törəmə şirkəti CS Life-a 42 gün ərzində, zərəri qarşılamaq üçün 607,35 milyon dollar ödəmək öhdəliyi qoyulub-bu barədə “Associated Press“in saytında dərc edilmiş PR Newswire şirkətinin press-relizində deyilir.
Press-relizdə, şirkətin müraciətlərinin müzakirəsinə qədər vəsaitin müstəqil hesabda saxlanılacağı, bundan sonra da dəymiş ziyanın miqdarının yekun məbləğinin şikayətçilərə, o cümlədən Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə ödəniləcəyi qeyd olunub.
Sözü gedən qərardan əvvəl mart ayında qətnamə qəbul edilmiş və CS Life şirkətinə, saxtakarlığın və hesabların düzgün idarə edilməməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görmədiyinə görə məsuliyyət yüklənmişdi.
Bidzina İvanişvili və onun ailəsinə məxsus Credit Suisse-dəki hesablar üzrə itkilərin ümumi miqdarı 1,2 milyard dolları aşır.