Berlində mərkəzi dəmir yolu stansiyasının yaxınlığında ikinci dünya müharibəsi dövrünün bombası tapıldı
Berlində mərkəzi dəmir yolu stansiyasının yaxınlığında ikinci dünya müharibəsi dövrünün bombası tapıldı

Berlinin Mərkəzi Dəmir Yolu Stansiyasının yanında ikinci dünya müharibəsi zamanına aid olan bomba aşkarlandı.

Alman medyasının məlumatına görə, partlayıcı maddənin yox edilməsi nəqliyyat hərəkəti üçün problem yarada bilər.

Bomba inşaat işləri zamanı aşkarlandı.

Onun yox edilməsi aprelin 20-də, yerli vaxtla saat 09:00-da planlaşdırılıb.

Bunun üçün isə, yaxın ərazidən insanların evakuasiyası həyata keçirildi.

Berliner Zeitung nəşriyyatı yazır ki, detonasya Berlin Dəmir yolu stansiyasının işinə mane olacaq. Bununla yanaşı ərazidə yerləşən xəstəxanalardan da insanların evakusiyası gərəkəcək.