Berlində Gürcüstanın Aİ-yə üzv ölkələrdəki səfirlərinin işgüzar görüşü keçiriləcək
Berlində Gürcüstanın Aİ-yə üzv ölkələrdəki səfirlərinin işgüzar görüşü keçiriləcək

 

Sabah, mayın 10-da Berlində Gürcüstanın Avropa İttifaqına üzv dövlətlərdəki fövqəladə və səlahiyyətli səfirlərinin işgüzar görüşü – ambassadorial keçiriləcək. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

Nazirlikdən verilmiş məlumatda görüşün açılışını Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin edəcəyi deyilir.

“İşgüzar görüş çərçivəsində üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də Gürcüstanın Avrointeqrasiya prosesinin gedişatı, o cümlədən 12 tövsiyənin yerinə yetirilməsi prosesi, Avropaya inteqrasiya yolunda üzv dövlətlərin dəstəyi və genişlənmə paketi çərçivəsində ölkə üçün yaranmış yeni imkanlar müzakirə olunacaq. Gürcüstanın səfirləri, eləcə də Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının nümayəndələri Gürcüstanın Avropa İttifaqına üzv dövlətlərdəki diplomatik missiya rəhbərlərinin görüşündə iştirak edirlər” -deyə məlumatda deyilir.