Berlində qaçqınlar mərkəzinə edilmiş hücum nəticəsində 7 nəfər xəsarət alıb
Berlində qaçqınlar mərkəzinə edilmiş hücum nəticəsində 7 nəfər xəsarət alıb

 
Berlində qaçqınlar mərkəzinə edilmiş hücum nəticəsində 7 nəfər xəsarət alıb. Məlumatı yerli media yayır.

Hadisə Martsani rayonunda baş verib. Polisin məlumatında, 21 yaşlı gəncin insanlara soyuq silahla xəsarət yetirdiyi deyilir.

Hücumçu artıq saxlanılıb. Məlum olduğu üzrə, o, Əlcəzair vətəndaşıdır.

Yaralıların həyatı üçün təhlükə yoxdur.

Hücumun motivi bu vaxt üçün bilinmir, lakin polisin ilkin məlumatına əsasən, hadisə ehtimal ki, mübahisə zəminində baş verib.