Berlin meri Frantsiska Qifai - Gürcüstandan gələn qonaqlarımızı, Baş nazir İrakli Ğaribaşvilini salamlayıram, Gürcüstanın builki tədbirin tərəfdaş ölkəsi olmasına şadam
Mən Gürcüstandan gələn qonaqlarımızı, Baş nazir İrakli Ğaribaşvilini salamlayıram, Gürcüstanın builki tədbirin tərəfdaş ölkəsi olmasına şadam. Sizi xüsusilə salamlayıram, cənab İrakli – deyə Berlin şəhərinin meri Frantsiska Qifai Gürcüstanın ev sahibliyi etdiyi “İTB Berlin”in açılış mərasimində bildirib.
Berlin meri Tbilisi ilə Berlinin oxşar cəhətlərinin çox olduğunu açıqlayıb.
“Bizim olduqca uzun və mühüm münasibətlər tariximiz var. Gürcüstan 2018-ci ildə Frankfurt Kitab Sərgisində xüsusi qonaq olub. Bu istiqamətdə xeyli işlər görülüb. İndi mənim bu heyrətamiz ölkəni bir daha tanımaq şansım var. İstəyirəm ki, gürcülər, Gürcüstandan gələn qonaqlar Berlində özlərini evlərindəki kimi hiss etsinlər, biz çox şey təklif edə bilərik, lakin bu, bizim Gürcüstandakı kimi gözalıcı, dağlıq təbiətə malik olduğumuz mənasına gəlmir”- deyə Qifai açıqlayıb.