Benyamin Netanyahunun ofisi İsrail və HƏMAS ilə atəşkəs və girovların azad edilməsi haqqında saziş imzaladığını təsdiqləyib

10:13, 17.01.2025

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Dohada İsrail və HƏMAS-ın atəşkəs və girovların azad edilməsi haqqında saziş imzaladığını təsdiqləyir.

Netanyahunun ofisindən verilən açıqlamada deyilir ki, baş nazir cümə günü sazişə səs vermək üçün təhlükəsizlik kabinetinin iclasını çağırıb.

İsrail mətbuatının məlumatına görə, prosedurlar nəzərə alınmaqla, səsvermənin yekun nəticələri bazar ertəsi məlum olacaq.

İsrailin danışıqlar qrupu bu yaxınlarda Netanyahuya razılıq əldə olunduğunu bildirdi və baş nazir onlara göstərdikləri səylərə görə təşəkkür etdi.

Oxşar