Benyamin Netanyahu – Sübutlar göstərir ki, ikinci pilotu bıçaqlayan “Flydubai” pilotu təyyarəni qəsdən qəzaya uğratmaq niyyətində olub

19:39, 30.09.2026

Sübutlar göstərir ki, ikinci pilotu bıçaqlayan “Flydubai” pilotu təyyarəni qəsdən qəzaya uğratmaq niyyətində olub, – bu barədə İsrail Baş naziri Binyamin Netanyahu bildirib.

İsrail höküməti rəhbəri hadisəni “çox ciddi təhlükəsizlik hadisəsi” adlandırıb. Netanyahu təyyarədəki sərnişinlərin demək olar ki, hamısının İsrail vətəndaşı olduğunu bildirib.

“Sərnişinlərdən biri ilə danışdım. O, mənə təyyarənin dik eniş etdiyini dedi. O, mənə dedi ki, o və heyət üzvlərindən biri birtəhər kabinəyə girməyi bacarıblar və birlikdə təyyarənin sistemlərinə zərər verməyə çalışan pilotu dayandırıblar”, – Netanyahu qeyd edib.

İsrail hökuməti rəhbərinin sözlərinə görə, daha sonra başqa bir heyət üzvü kabinəyə daxil olub və təyyarəni sabitləşdirə bilib.

“Sərnişinlərin təhlükəsizliyini və onların dinc şəkildə evə qayıtmalarını təmin etmək üçün müvafiq qurumlarla daim əlaqə saxlayırıq”, – deyə Netanyahu bildirir və İsrailin də mövcud vəziyyəti müntəzəm olaraq qiymətləndirdiyini qeyd edir. Onun sözlərinə görə, şübhəli şəxs Səudiyyə Ərəbistanında dindirilir.

Məlumat üçün bildirək ki, pilotlar arasında baş verən qarşıdurma səbəbindən Dubay-Təl-Əviv reysi Səudiyyə Ərəbistanında eniş edib. hadisə zamanı təyyarə “qanunsuz müdaxilə” və fövqəladə vəziyyət barədə siqnallar göndərib. Hadisədən sonra təyyarə Təbuk hava limanına eniş enib. İsrail mediasının məlumatına görə, İsraildə “Flydubai” reysində baş verən bu fövqəladə hadisənin terror hücumu cəhdi olması versiyası getdikcə daha ciddi şəkildə nəzərdən keçirilir”.

Oxşar