Benyamin Netanyahu Qətərdə atəşkəs razılaşması üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibini təsdiqləyib
Benyamin Netanyahu Qətərdə atəşkəs razılaşması üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibini təsdiqləyib

İsrailin baş naziri Benyamin Netanyahu Qətərdə atəşkəs razılaşması üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibini təsdiqləyib.

KİV-in İsrail baş nazirinin ofisinin bəyanatına əsaslanaraq yazdığı kimi, Netanyahu danışıqlarda İsrail tərəfdən kimin iştirak edəcəyini dəqiqləşdirməsə də, “danışıqların aparılması mandatı”nı təsdiqləyib.

ABŞ, Misir və Qətər girovların azad edilməsini də əhatə edən atəşkəs razılaşması üzərində işi yekunlaşdırmaq məqsədi ilə bu həftə sammit keçirir. İndiyədək HƏMAS sammitdə iştirak etməyəcəyini bəyan edib.