Benyamin Netanyahu – İsrail təhlükəsizliyi bərpa etmək üçün bütün lazımi tədbirləri görəcək

17:39, 22.09.2024

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail “təhlükəsizliyi bərpa etmək üçün bütün lazımi tədbirləri görəcək” və sakinlərin İsrail-Livan sərhədi boyunca təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan verəcək.

Sosial şəbəkələrdə yayılan videomüraciətdə Netanyahu “Hizbullah”la münaqişənin kəskinləşməsindən danışıb. O qeyd edib ki, İranın dəstəklədiyi qrup İsrailə tamamilə təxribatsız hücum edib və 60 min israilli Livan sərhədi boyunca evlərini tərk etməyə məcbur olub.

“Son günlərdə biz Hizbullaha onun heç ağlına belə gətirmədiyi bir sıra zərbələr vurduq. Əgər “Hizbullah” hələ bu mesajı eşitməyibsə, sizə söz verirəm, eşidəcək”. – Netanyahu bildirib.

Netanyahu İsrailin şimal sakinlərini sağ-salamat evlərinə qaytarmaq əzmində olduğunu vurğulayıb.

“İnsanlarımızı təhlükəsiz şəkildə Şimaldakı evlərinə qaytarmaqda qərarlıyıq.” Heç bir dövlət öz vətəndaşlarına, öz şəhərlərinə hücumlara dözə bilməz, biz də İsrail dövləti. Təhlükəsizliyi bərpa etmək üçün nə lazımdırsa edəcəyik”. – Netanyahu bildirib.

Oxşar