Benyamin Netanyahu – İrana hücum dəqiq, güclü idi və bütün hədəfləri vurdu, Həmas və Hizbullah artıq İranın proxy arenasında təsirli silah deyil
İrana hücum dəqiq, güclü idi və bütün hədəfləri vurdu, Həmas və Hizbullah artıq İranın proxy arenasında təsirli silah deyil. – Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.
Onun sözlərinə görə, İsrail İranın özünü müdafiə etmək və raket istehsal etmək qabiliyyətinə ağır zərbə vurub.
“Şənbə günü səhər biz sözümüzü yerinə yetirdik. Hərbi Hava Qüvvələri İrana hücum edib. İrana hücum dəqiq və güclü idi və bütün hədəfləri vurdu. İllərdir İsrailə qarşı güc tətbiq etməyə hazırlaşan bu iki təşkilat “Həmas” və “Hizbullah” artıq İranın proxy arenasında təsirli silah deyil. – Netanyahu bildirib.
Məlumat üçün bildirək ki, İsrail İrana qarşı üç silsilə hücum həyata keçirib. Mətbuatın məlumatına görə, əməliyyatda 100 döyüş təyyarəsi iştirak edib. Hücum nəticəsində iki əsgər şəhid olub. İran Xarici İşlər Nazirliyi bildirir ki, Tehranın bu zərbələrdən sonra özünü müdafiə etmək hüququ və öhdəliyi var.