Benyamin Netanyahu – İran bu gün böyük səhv etdi və bunun əvəzini mütləq ödəyəcək

10:50, 02.10.2024

İranın İsrailə raket hücumundan sonra İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, bu gün İran böyük səhv edib və bunun əvəzini mütləq ödəyəcək.

Bu hücum İsrailin dünyanın ən təkmil hava hücumundan müdafiə sistemi sayəsində dəf edilib”. – Netanyahu bildirib.

İsrailin baş naziri ABŞ-a verdiyi dəstəyə görə təşəkkür edib və dünya liderlərini Tehrana qarşı birləşməyə çağırıb.

“Onlar İsrailin yanında olmalıdırlar. Tiraniya ilə azadlıq arasında seçim heç vaxt bu qədər aydın olmamışdı. Müharibənin bütün məqsədlərinə çatmaq, ilk növbədə girovlarımızın qaytarılması və varlığımızı, gələcəyimizi təmin etmək üçün hər şeyi edəcəyik”, – deyə Netanyahu bildirib.

Oxşar