Benyamin Netanyahu - "HƏMAS"ın tələblərinə boyun əymək "HƏMAS"ın , İranın və bütün şər qüvvənin qələbəsi olacaq
Benyamin Netanyahu - "HƏMAS"ın tələblərinə boyun əymək "HƏMAS"ın , İranın və bütün şər qüvvənin qələbəsi olacaq

İsrailin baş naziri Benyamin Netanyahu bildirir ki, Qəzzada müharibənin bitməsi “HƏMAS”ın iqtidarını saxlayacaq.

Bu barədə Netanyahu yayılan videomüraciətində qeyd edir.

Girovların azad edilməsinə mane olan “HƏMAS”dır. Biz girovların azad edilməsi üçün bütün mümkün yollar üzərində işləyirik, bu, bizim prioritetimizdir. İsrail girovları azad etmək üçün atəşkəsə hazır idi və indi də hazırdır, lakin “HƏMAS” hələ də öz sərt mövqeyində qalır ki, öz qüvvələrimizi geri çəkək, müharibə bitsin və “HƏMAS”ı toxunulmaz qoyaq. İsrail bunu qəbul etmək istəmir”, – Netanyahu bildirib.

İsrailin baş nazirinin dediyi kimi, o, “HƏMAS”ın zolağa nəzarəti yeniləməsini, hərbi sənayesini yenidən bərpa etməsini və Qəzza yaxınlığında yaşayan İsrail vətəndaşlarını təhdid etməyə davam etməsini istəmir, çünki o zaman oktyabrın 7-nin təkrarlanması zaman məsələsi olacaq.

“HƏMAS”ın tələblərinə boyun əymək İsrail dövləti üçün dəhşətli məğlubiyyət olacaq. Bu, “HƏMAS”ın , İranın və bütün şər qüvvənin böyük qələbəsi olacaq. Bu, dostlarımızala yanaşı, düşmənlərimizə qarşı da dəhşətli zəiflik nümayişi olacaq”, – Netanyahu qeyd etdi.