Benyamin Netanyahu, "HƏMAS"a qarşı intensiv mübarizə mərhələsinin sona yaxınlaşdığını, lakin müharibənin davam edəcəyini bildirir
Benyamin Netanyahu, "HƏMAS"a qarşı intensiv mübarizə mərhələsinin sona yaxınlaşdığını, lakin müharibənin davam edəcəyini bildirir

 
İsrailin Baş naziri Benyamin Netanyahu, Qəzza sektorunda “HƏMAS”a qarşı intensiv mübarizə mərhələsinin sona yaxınlaşdığını, lakin “HƏMAS” məhv edilməyincə müharibənin bitməyəcəyini bildirir.

“Əgər razılaşma olarsa, bu, bizim şərtlərimizlə olacaq. Qəzza sektoru və “HƏMAS”ı olduğu kimi buraxmaq və müharibəni bitirmək bizim şərtlərimiz deyil, “HƏMAS”ı məhv etməliyik”- İsrailin Baş naziri qeyd edib.

Netanyahunun izah etdiyi kimi, Qəzzada intensiv mübarizə başa çatdıqdan sonra İsrail Livanla, şimal sərhədində daha çox qüvvə yerləşdirə biləcək.

“Gərgin mərhələ başa çatdıqdan sonra qüvvələrimizin bir hissəsini şimala köçürmək imkanımız olacaq. Biz bunu ilk növbədə müdafiə məqsədləri; İkincisi, təxliyə edilmiş sakinləri öz evlərinə qaytarmaq üçün edəcəyik. Bacarsaq bunu diplomatik yolla həll edəcəyik, bacarmasaq başqa vasitələrə əl atacağıq, lakin şimal və cənubun bütün sakinlərini öz evlərinə qaytaracağıq” – deyə İsrailin Baş naziri mediaya müsahibəsində bildirib.