Benyamin Netanyahu Fələstin dövlətinin İrlandiya, Norveç və İspaniya tərəfindən tanınmasının "terrorizmin mükafatı" olacağını bildirir
Benyamin Netanyahu Fələstin dövlətinin İrlandiya, Norveç və İspaniya tərəfindən tanınmasının "terrorizmin mükafatı" olacağını bildirir

İsrailin baş naziri Benyamin Netanyahunun bildirdiyinə görə, Fələstin dövlətinin İrlandiya, Norveç və İspaniya tərəfindən tanınması “terrorizmin mükafatı” olacaq. O, bu barədə videomüraciətində bildirdi.

“Bir neçə Avropa dövlətinin Fələstin dövlətini tanımaq cəhdi terrorizmin mükafatıdır. Yəhudeya və Samariyada fələstinlilərin 80%-i 7 oktyabrın dəhşətli qətliamını dəstəkləyir. Dövlət bu pisliyə yol verməməlidir. O, Terrorçu dövlət olacaq. Onlar oktyabrın 7-də törədilmiş qətliamı təkrar etməyə cəhd edəcəklər. Biz buna imkan verməyəcəyik. Terrorizmin mükafatlandırılması nə sülh gətirəcək, nə də “HƏMAS”ı məğlub etməyimizə mane olacaq”, – Netanyahu deyir.