İsrailin baş naziri Benyamin Netanyahu ilə Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Netanyahunun ofisində bildiriblər.
Onların məlumatına görə, Netanyahu seçkilərdə qalib gəldikdən sonra Trampla telefon danışığı edən dünya liderlərinin arasında ilkdir.
“Söhbət səmimi və dostca keçdi. Hər ikisi İsrailin təhlükəsizliyi üçün birgə işləməyə razılaşıb və İrandan gələn təhlükəni müzakirə ediblər”, – Netanyahunun ofisində bildirirlər.