Benyamin Netanyahu Birləşmiş Krallığın İsrailə silah tədarükünü qismən məhdudlaşdırmaq qərarını biabırçılıq adlandırır
Benyamin Netanyahu Birləşmiş Krallığın İsrailə silah tədarükünü qismən məhdudlaşdırmaq qərarını biabırçılıq adlandırır

 
İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Krallığın İsrailə silah tədarükünü qismən məhdudlaşdırmaq qərarını biabırçılıq adlandırır.

Baş nazir, Britaniyanın səhv qərarının “HƏMAS”ı yalnız cəsarətləndirəcəyini bildirib.

“Britaniya silahları olsa da, olmasa da, İsrail bu müharibədə qalib gələcək və ümumi gələcəyi təmin edəcək” – Benyamin Netanyahu “X” sosial şəbəkəsində yazıb.

Birləşmiş Krallığın hökuməti İsrailə silah ixracının 350 lisenziyasından 30-nu dayandırdığını açıqlayıb. Müdafiə naziri Con Hilinin bəyan etdiyi kimi, Birləşmiş Krallıq İsrailin sadiq müttəfiqi olaraq qalır. O, 30 lisenziyanın dayandırılması ilə İsrailin təhlükəsizliyinin zəifləməyəcəyini deyib.