Benyamin Netanyahu ABŞ Konqresinin birgə iclasında çıxış edəcək
Benyamin Netanyahu ABŞ Konqresinin birgə iclasında çıxış edəcək

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin birgə iclasında çıxış edəcək. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, biz tezliklə İsrailin baş naziri Benyamin Netanyahunu Konqresin birgə iclası üçün Kapitoli təpəsində qəbul edəcəyik. Bu, vaxtında və məncə, İsrail hökumətinə çox güclü dəstək nümayişi olacaq”, – Conson bildirib.

Conson dəqiq tarix açıqlamasa da, Netanyahu ilə bu məsələdə işlədiyini və bu həftə rəsmi dəvət göndərəcəyini bildirib.