Benyamin Netanyahu – 7 oktyabrı belə tez unutdunuz, yaddaşınız bu qədər qısadır? İsrailin “HƏMAS”ın bədheybətlərinə qarşı özünü müdafiə etmək hüququndan belə qısa zamanda imtina etməyə hazırsınızmı?
7 oktyabrı artıq unutmusunuz?- İsrailin baş naziri Benyamin Netanyahu bu sözlərlə beynəlxalq ictimaiyyətə müraciət edib.
Netanyahunun sözlərinə görə, müharibəyi dayandırmaq istəyənlər bunu “Müdafiə Qüvvələrinə, İsrail hökumətinə və İsrail baş nazirinə qarşı saxta ittihamlar irəli sürməklə, indi, müharibə zamanı seçki keçirməyə cəhd etməklə” edirlər.
“Yaddaşınız bu qədər qısadır?” Holokostdan sonra yəhudilərə qarşı ən dəhşətli qətliam törədilən 7 oktyabrı bu qədər tez unutmusunuz? İsrailin “HƏMAS”ın bədheybətlərinə qarşı özünü müdafiə etmək hüququndan belə qısa zamanda imtina etməyə hazırsınızmı? Mənəvi vicdanınızı belə tez itirdiniz?”, – deyə Netanyahu bildirib.
İsrailin baş naziri beynəlxalq təzyiqləri İsrailə deyil, “HƏMAS”a və İrana qarşı göstərmələrini tələb edib.
“Heç bir beynəlxalq təzyiq bütün müharibə məqsədlərimizə nail olmağımıza mane olmayacaq: “HƏMAS”ı məhv etmək, bütün girovlarımızı azad etmək və Qəzzanın artıq İsrail üçün təhlükə təşkil etməmək”deməkdir. Biz təslim olmayacağıq və təzyiq altında qalmayacağıq”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, Rafahda hərbi əməliyyat olmayacağını iddia edənlər əvvəllər İsrailin Qəzzaya daxil olmayacağını, Xan Yunisdə hərbi əməliyyat keçirməyəcəyini və müvəqqəti atəşkəsdən sonra döyüşləri bərpa etməyəcəyini iddia edirdilər. Netanyahunun qeyd etdiyi üzrə, onlar yanılırlar.
“İsrail Müdafiə Qüvvələri Rafahda təmkinli davranacaq. Bu, bir neçə həftə çəkəcək və bu, mütləq baş verəcək”, – deyə Netanyahu bildirib.