Beniamin Netanyahunun həyat yoldaşına ictimai fonddan məbləğin qeyri-məqsədyönlü xərclənməsinə görə, ittiham irəli sürüldü
İsrailin baş naziri Beniamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya qarşı ictimai fonddan məbləğin qeyri-məqsədyünlü xərclənməsi üçün ittiham irəli sürüldü.
Bu barədə məlumatı Haaretz nəşriyyatı yayır.
İstintaqın məlumatına görə, Sara Netanyahu 2010-2013-cü illərdə, baş nazir rezidensiyası üçün bahalı restoranlardan yeməklərin sifariş edilməsinə 100 dollar xərcləyib.
Prokurorluğun bəyanatına görə, baş nazirin həyat yoldaşı qanunu pozdu, çünki baş nazirin rezidensiyasının ştatında öz aşbazları var idi və qanun kənar yerdən yeməklərin sifariş edilməsini qadağan edir.
Sara Netanyahu ilə bərabər baş nazir ofisinin rəhbərinin sabiq yardımçısı Ezra Saidofa qarşı da ittiham irəli sürülüb.