Beniamin Netanyahu Giorgi Qaxariayı ikinci dəfə baş nazir vəzifəsinə seçilməsi münasibəti ilə təbrik etdi
Beniamin Netanyahu Giorgi Qaxariayı ikinci dəfə baş nazir vəzifəsinə seçilməsi münasibəti ilə təbrik etdi

İsrailin baş naziri Beniamin Netanyahu, Gürcüstanlı həmkarı Giorgi Qaxariayı ikinci dəfə baş nazir vəzifəsinə seçilməsi münasibəti ilə təbrik etdi.

Öz rəsmi təbrik məktubunda Beniamin Netanyahu iki ölkə arasındaki əhəmiyyətli partnyorluğu vurğulayır və ümid edir ki, pandemiyanın başa çatmasından sonra, ölkələr arasında iki tərəfli əlaqələr daha da dərinləşdiriləcək.

“Bilirəm ki, İsraildə minlərlə turist sizin gözəl ölkənizə getməyi gözləyir. Sizi yenə bir daha baş nazir vəzifəsinə seçilməyiniz münasibəti ilə təbrik edirəm. Sizinlə bərabər hər iki millətin firəvanlığı üçün əməkdaşlığa hazıram” – deyilir Netanyahunun rəsmi təbrik məktubunda.