İsrailin baş naziri BMT-yi “yalanlar evi” adlandırdı.
Beniamin Netanyahu bu sözləri BMT-də bugün keçirilən səs vermə prosesini şərhləndirərkən verdi.
Onun dediyinə görə, BMT bunu qəbul etsə də, etməsədə, Yerusəlim İsrailin paytaxtıdır.
“İsrail höküməti bu səs vermə prosesini rədd edir. Biz artıq Yerusəlimdə müxtəlif ölkələrin səfirlikləri üçün binalar tikməyə başlayırıq və ilk səfirlik ABŞ-ın olacaq” – dedi İsrailin baş naziri.
Netanyahi ABŞ prezidentinə Yerusəlimin İsrailin paytaxtı olaraq, elan etdiyinə görə, bir daha təşəkkür etdi.
Onun dediyinə görə, geç ya da tez, həqiqət qalib gələcək.