Martın 22-23-də Belorusiyanın prezidenti Aleksandr Lukaşenko Gürcüstana gələcək.
Bu barədə məlumatı Belorusiya prezidentinin mətbuat xidməti yayır.
Pres-relizdə deyilir ki, Lukaşenko Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşəcək və tərəflər ticari və iqtisadi əlaqələrin gələcək perspektivlərini müzakirə edəcəklər.
Səfər çərçivəsində, Belorusiya prezidenti Gürcüstanın baş naziri Giorgi Marqvelaşvili və Patriarx İkinci İlia ilə görüşəcək.
Lukaşenkonun Tbilisidə olduğu günlərdə birgə biznes-forum keçiriləcək.
Həmçinin, Gürcüstanda Minsk günləri çərçivəsində bir neçə mədəni və idman tədbirləri keçiriləcək.