Belorusiyada tələbələr aksiya keçirirlər
Belorusiyada tələbələr aksiya keçirirlər

Belorusiyada tələbələr aksiya keçirirlər.

Yayılan məlumata görə, xüsusi təyinatlılar etiraz edənlərin bir hissəsini həbs etdilər.

Həbs edilənlərin dəqiq sayı naməlumdur.

Hazırda demonstrantların bir hissəsi Təhsil Nazirliyinə doğru gedir.

Xatırladaq ki, avqustun 27-də Belorusiya prezidenti bəyan etdi ki, aksiyada iştirak edən gəncləri əsgərə aparacaqlar.

“Neksta” teleqram kanalının yaydığı məlumata görə, bir neçə zavodun əməkdaşları da etiraz edirlər.

Belorusiya müxalifəti sentyabrın 1-ni həmrəylik günü elan etdi və müxtəlif müəssisə işçilərini etiraz etməyə çağırdı.