Belorusiya sərhədinin yanında keçirilən hərbi təlimlərə Amerikan əsgərləri də qoşulacaqlar
Belorusiya sərhədinin yanında keçirilən hərbi təlimlərə Amerikan əsgərləri də qoşulacaqlar.
Amerikalı əsgərlər bugün Polşadan Litvaya gedəcəklər və oraya Amerikan hərbi texnikasını da aparacaqlar.
Vilnyusda bəyan edirlər ki, təlimlər daha öncə planlaşdırılmışdı və Belorusiyada mövcud olan vəziyyətlə bağlantısı yoxdur.
“Təlimlər müdafiyə xarakterlidir və heç bir qonşuya və Belorusiyaya qarşı deyil” – bəyan edir Litva iqtidarı.
Təlimlər üçün Litvaya 500 amerikan əsgəri və 40 ədəd ağır texnika və zirehli maşınlar aparılacaq.
Eyni zamanda, sentyabrın 14-15-də, Litvaya təlimlərdə iştirak etmək üçün 1000 hərbiçi Fransadan, Almaniyadan, İtaliyadan, Polşadan və NATO-nun müxtəlif ölkələrindən gedəcək.