Belorusiya paytaxtında etiraz aksiyaları davam edir.
Bu haqda məlumatı Tut.by agentliyi yayır.
Minskdə avtomobil sürücülərinin bir hissəsi də etiraz edir.
“Çelyuskinı” parkının yanında bəyaz geyinmiş qadınlar əllərində çiçəklərlə etiraz edirlər.
Həmrəylik aksiyası Belorusiyanın dövlət tele-kanalının qabağında da keçirilir.
Aksiyaya həkimlər və Filarmoniya əməkdaşları da qoşulublar.
“Bizi işdən atsalar da, geri çəkilməyəcəyik” – dedi həkimlərdən biri.
Ədalətli seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyasına Belorusiyanın avtomobil zavodunun əməkdaşları da qoşuldular.