Belçikanın xarici işlər naziri Tbilisiyə səfər edəcək
Belçikanın xarici işlər naziri Tbilisiyə səfər edəcək

 
Belçikanın Xarici İşlər, Avropa İşləri və Xarici Ticarət, Federal Mədəniyyət İnstitutları naziri Haca Lahib 4 günlük səfərlə Yerevan, Tbilisi və Bakıya gəlir. O, bu barədə sosial şəbəkədə yazır.

Belçikalı diplomatın qeyd etdiyi kimi, səfərin məqsədi Cənubi Qafqaz regionunda uzunmüddətli sülhü təşviq etməkdir.

“Mən Yerevan, Tbilisi və Bakıya mühüm görüşlərlə dolu olan dörd günlük səfərə gedirəm. Məqsəd Belçika adından və Avropa İttifaqının mövqeyinə uyğun olaraq regionda uzunmüddətli sülhü və bizi birləşdirən əlaqələrin möhkəmlənməsini təşviq etməkdir” – Haca Lahib yazır.