Belçikanın baş naziri - keçən həftə Gürcüstan üçün vacib mesaj var idi, biz Avropanın genişlənməsindən danışarkən, dəyərlərimizdən ilham alan ölkələrə açığıq
Belçikanın baş naziri - keçən həftə Gürcüstan üçün vacib mesaj var idi, biz Avropanın genişlənməsindən danışarkən, dəyərlərimizdən ilham alan ölkələrə açığıq

Biz Avropanın genişlənməsindən danışarkən,keçən həftə Gürcüstan üçün vacib mesaj var idi. Hesab edirəm ki, bu, Gürcüstana, Moldovaya və Ukraynaya verdiyimiz çox mühüm mesaj idi, – bu barədə NATO sammitindən əvvəl Belçikanın baş naziri, Aleksandr de Kroo jurnalistlərə bəyan etdi.

Elə onun sözlərinə görə, bu mesaj Avropa İttifaqına üzv olmaq istəyən ölkələrə qapının açıq olması deməkdir.

“Bəzi insanlar bunun simvolik olduğunu söyləyəcək, lakin simvolik mesaj bu gün son dərəcə vacibdir. Bu, bizim dəyərlərimizdən ilhamlanan ölkələrə açıq olduğumuzu göstərir, azad, açıq ictimaiyyətlə, harada da əhali təhlükəsiz yaşaya bilər. Bilirik ki, bu, uzunmüddətli proses olacaq, bilirik ki, bu, çoxlu islahatlar tələb edəcək”, – Aleksandr de Kroo bəyan etdi.