Belçika-Gürcüstan Parlament Dostluq Qrupunun üzvləri işğal xətti yaxınlığında, Odzisi kəndində olublar
Belçika-Gürcüstan Parlament Dostluq Qrupunun üzvləri işğal xətti yaxınlığında, Odzisi kəndində olublar

 

Gürcüstanda səfərdə olan Belçika Krallığının Federal Parlamentinin Belçika-Gürcüstan Parlament Dostluq Qrupunun üzvləri Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Vladimir Çaçibaia ilə birlikdə Odzisi kəndində işğal xəttində olublar.

Qonaqlar Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsindən işğal olunmuş bölgədə təhlükəsizlik vəziyyəti barədə ətraflı məlumat dinləyiblər.

“Belçikalı qanunvericilər ölkəmizin hər gün üzləşdiyi təhlükələr haqqında tanış oldular. Qonaqlar Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsindən işğal xəttində təhlükəsizlik çağırışları baxımından vəziyyət və işğalçı rejimin işğal olunmuş ərazilərə münasibətdə siyasəti barədə məlumat dinləyiblər” – deyə Vladimir Çaçibaia bildirib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.