Belqorodun qubernatoru, Ukrayna tərəfdən dronlarla kütləvi hücum nəticəsində bir nəfərin həlak olduğunu bildirir
Belqorodun qubernatoru, Ukrayna tərəfdən dronlarla kütləvi hücum nəticəsində bir nəfərin həlak olduğunu bildirir

 
Belqorodun qubernatoru Vyaçeslav Qladkov vilayətə dronların kütləvi hücumu haqda bəyan edir. Qladkovun “Telegram” kanalında yazdığı kimi, bir qadın həlak olub. Onun verdiyi məlumata əsasən, qadın yaşayış evinə dronla həyata keçirilmiş birbaşa hücum nəticəsində həlak olub. Həmçinin, dörd nəfər yaralanıb.

Həmçinin, qubernator çoxmərtəbəli evlərə, ticarət obyektlərinə və avtomobillərə ziyan dəydiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin səhər saatlarında verdiyi bəyanatda Belqorod vilayətinin səmasında Ukraynaya məxsus 29 pilotsuz uçuş aparatının aşkar edilərək məhv edildiyi qeyd olunub. Ukrayna Silahlı Qüvvələrində Belqoroda hücum haqda şərh verilməyib.

Bununla yanaşı, Kursk vilayətinin qubernatoru səlahiyyətlərinin icraçısı Aleksey Smitonov “Telegram” kanalında yazır ki, Ukrayna tərəfdən Suci şəhərinə atəş açılması nəticəsində bir nəfər yaralanıb. O, atəşin açılması nəticəsində 3 evdə yanğının baş verdiyi haqda məlumat verir.