Belqorod vilayətində federal fövqəladə vəziyyət elan edilib
Belqorod vilayətində federal fövqəladə vəziyyət elan edilib

 
Rusiyanın Belqorod vilayətində federal fövqəladə vəziyyət elan edilib. Bu haqda məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi fövqəladə halların qarşısının alınması və reaksiya üzrə hökumət komissiyasının növbədənkənar iclasından sonra yayıb.

Rusiya hökumətinin qərarına əsasən, Belqorod vilayətində federal reaksiya səviyyəsi qüvvəyə minəcək. Bu, fövqəladə vəziyyətin ən yüksək səviyyəsidir.

Rusiyanın Fövqəladə Hallar Nazirliyində, Belqorod vilayətində zərər çəkmiş əhaliyə hərtərəfli yardımın göstərilməsi məqsədilə işlərin aparıldığını, lakin cari hadisələrin miqyasının regional hakimiyyətə nəticələrin öhdəsindən müstəqil şəkildə gəlməyə imkan vermədiyini bildirirlər.