Belarusun müdafiə naziri - Belarusun dövlət sərhədi boyunca Ukrayna xüsusi əməliyyat qüvvələrinin və təhlükəsizlik xidmətinin fəal işi müşahidə olunur
Belarusun müdafiə naziri - Belarusun dövlət sərhədi boyunca Ukrayna xüsusi əməliyyat qüvvələrinin və təhlükəsizlik xidmətinin fəal işi müşahidə olunur

Ukraynadan silahlı təxribatların olma ehtimalı yüksəkdir. – Bunu Belarusun müdafiə naziri Viktor Xrenin Belarus prezidenti Aleksandr Lukaşenko ilə hərbi təhlükəsizlik məsələləri ilə bağlı görüşündə deyib.

Belarus Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Belarus Respublikasının dövlət sərhədi boyunca bütün ərazilərdə Ukrayna xüsusi təyinatlı qüvvələrinin bölmələrinin və Ukrayna Təhlükəsizlik Xidmətinin fəal işini müşahidə etmək olar.

Viktos Xreninin sözlərinə görə, Ukrayna tərəfi mütəmadi olaraq kəşfiyyat aparır və bunun üçün pilotsuz uçuş aparatlarından fəal istifadə olunur.

“Sərhəd rayonlarda Ukrayna silahlı birləşmələrinin olmasını nəzərə alsaq, ərazimizdə silahlı təxribatların hazırlanması və həyata keçirilməsi, həmçinin rezonans doğuran hərəkətlər, o cümlədən belarus millətçi birləşmələrinin cəlb olunması ehtimalı yüksəkdir”. – Belarusun müdafiə naziri bildirib.

Öz növbəsində Belarus prezidenti bildirib ki, ölkədə mümkün çirkin hiylələri dəf etmək üçün hər şey var.