Belarusda, Brest ərazisində Rusiya-Ukrayna danışıqlarının ikinci raundu başladı.
Danışıqların keçirildiyi yerə getməzdən əvvəl Ukrayna nümayəndə heyətinin üzvlərindən olan Davit Araxamiya bildirib ki, “minimum proqram” humanitar dəhlizlər, sonra isə artıq “şərtlərə əsasəndir”.
Rusiya nümayəndə heyəti dünən axşam saatlarında danışıqların keçirildiyi yerə gedib. Rusiya tərəfdən nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, təkliflər bloku üç hissəyə bölünür: hərbi-texniki aspekt, humanitar-beynəlxalq və siyasi hissələr.