Belarusda ölkənin hava məkanında pilotsuz uçuş aparatlarını məhv etdiklərini bildirirlər
Belarusda ölkənin hava məkanında pilotsuz uçuş aparatlarını məhv etdiklərini bildirirlər

 
Belarus hərbçiləri ölkənin hava məkanında pilotsuz uçuş aparatlarının məhv edilməsi barədə məlumatı təsdiqləyiblər, lakin onlar sözügedən dronların kimə məxsus olduğunu dəqiqləşdirməyiblər.

“Bu gün gecə, sentyabrın 5-də Belarus Respublikasının dövlət sərhədinin ehtimal ki, pilotsuz uçuş aparatları tərəfindən pozulması faktı qeydə alınıb” – Belarus Hava Qüvvələrinin komandanının birinci müavininin bəyanatında deyilir.

“Onları məhv etmək haqda qərar qəbul etdik. Hava Hücumundan Müdafiə Qüvvələrinin vaxtında gördüyü tədbirlər nəticəsində bütün hədəflər məhv edilib” – bəyanatda deyilir.

O, pilotsuz uçuş aparatlarının kimə məxsus olduğunu dəqiqləşdirməyib, istintaq davam edir.

Məlumat üçün bildirək ki, “Belarus Hayun” monitorinq layihəsi bu gün gecə bir neçə rus pilotsuz uçuş aparatının Belarusun hava məkanına daxil olması ilə bağlı məlumat yayıb. Layihənin bildirişinə əsasən, döyüş təyyarələri “Shahed” tipli “kamikadze” dronları Qomel yaxınlığında vurublar.