Belarus tərəfinin təşəbbüsü ilə, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Maka Boçorişvili Belarusun xarici işlər naziri ilə görüşüb
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Belarus Respublikasının xarici işlər naziri Maksim Rıjenkovla görüşüb.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Belarus tərəfinin təşəbbüsü ilə keçirilib.
Qurumun məlumatına görə, görüşdə iki ölkə üçün prioritet məsələlər, o cümlədən ticarət-iqtisadi münasibətlər müzakirə olunub. Diqqət Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinin vacibliyinə yönəldilib.