Belarus rəsmi olaraq "BRICS"in tərəfdaş ölkəsi oldu
Belarus rəsmi olaraq "BRICS"in tərəfdaş ölkəsi oldu

Belarus rəsmi olaraq “BRICS”in tərəfdaş ölkəsi oldu.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Rusiya mediasına verdiyi məlumata görə, noyabrın 5-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə məktub göndərib və orada “BRICS”ə tərəfdaş olaraq qoşulmağa hazır olduğunu bildirib.

Belarusun xarici işlər naziri Maksim Raijenkov şəxsi görüş zamanı sənədi Rusiya səfiri Boris Qrızlova təqdim edib.

“Tərəfdaş statusunu qəbul etmək haqqında yazılı dəvətə rəsmi cavab üzv dövlətlər arasında razılaşdırılmış prosedurun zəruri elementidir. məhz bu andan etibarən ölkə rəsmi olaraq “BRICS”in tərəfdaşı hesab olunur”, – nazirlikdə qeyd ediblər.